İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanı ziyarət ediblər
05.11.2022 / Mühüm xəbərlər5 noyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri (GAMŞ) Şəhidlər Xiyabanı ziyarət ediblər.
İSİ əməkdaşları Azərbaycanının ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxumuş və məzarlarının üzərinə çiçəklər düzüblər.
Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi hər bir Azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.