İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının cari il üzrə hesabatları dinlənilmişdir
14.11.2022 / Elmi şuranın iclasları14 noyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) bir sıra laboratoriyalarının 2022-ci il üzrə hesabatları dinlənilmişdir. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə iştirak etmişdirlər.
İclasda institutun Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyası, Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi, İnformasiyanın intellektual emalı sistemləri laboratoriyası, İntellektual informasiya-ölçmə sistemləri laboratoriyası və Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üzrə hesabatları dinlənilmişdir.
Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparıldı, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirildi.