İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının cari il üzrə hesabatları dinlənilmişdir
15.11.2022 / Elmi şuranın iclasları15 noyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) bir sıra laboratoriyalarının 2022-ci il üzrə hesabatları dinlənilmişdir. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə iştirak etmişdirlər.
İclasda institutun İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyası, Fiziki, bioloji və iqtisadi proseslərdə idarəetmənin riyazi analizi laboratoriyası, Siqnalların tanınması və intellektual analizi üsulları laboratoriyası, Süni intellekt metodlarının tətbiqi ilə tanıma məsələlərinin tədqiqi laboratoriyası və İctimaiyyətlə əlaqələr şöbəsinin 2022-ci il üzrə hesabatları dinlənilmişdir.
Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparıldı, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirildi.