AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dəyərli alim Rauf Qədimovun anadan olmasının 80 ili tamam olur

17.10.2022 / Maraqlı məlumatlar

17 oktyabr 2022-ci ildə İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Rauf Qədimovun anadan olmasının 80 ili tamam olur. O, 17 oktyabr 1942-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur.

R.Qədimov 1959-cu ildə Nuxa şəhər M.Füzuli adına 3 №-li orta məktəbi qızıl medalla bitirmişdir. 1964-cü ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini (avtomatika və telemexanika ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirmişdir.

Çoxşaxəli əmək fəaliyyəti olan R.Qədimov 1964-cü ildən Azərbaycan SSR EA Hesablama Mərkəzində (İdarəetmə Sistemləri İnstitutu) laborant, baş laborant, mühəndis, böyük mühəndis, elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri vəzifələrində çalışmışdır. O, 2002 – 2021-ci illərdə ümumi işlər üzrə institutun direktor müavini vəzifəsində, 2021-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

R.Qədimov 2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin informasiya texnologiyaları və sistemləri kafedrasında, 2013 – 2019-cu illərdə Azərbaycan Texniki Universitetinin kompüter sistemləri və şəbəkələri kafedrasında dosent vəzifəsində çalışıb.

R.Qədimov 1989-cu ildə “Diskretləmə addımını avtomatik təyin etməklə kəsilməz siqnalları çevirən, sıxan və ötürən çoxkanallı ölçmə sistemi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 46, xaricdə çıxmış elmi əsərlərinin sayı 5, müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 46-dır.

Dəyərli alimi  80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni  uğurlar arzulayırıq!

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi