İdarəetmə Sistemləri İnstitutunun laboratoriyalarının cari il üzrə hesabatları dinlənilmişdir
18.11.2022 / Elmi şuranın iclasları18 noyabr 2022-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) bir sıra laboratoriyalarının 2022-ci il üzrə hesabatları dinlənilmişdir. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri tam heyətdə iştirak etmişdirlər.
İclasda institutun Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyası, Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası, Biliklərin intellektual analizi laboratoriyasının və t.e.d., prof. Abbas Rzayevin 2022-ci il üzrə hesabatları dinlənilmişdir.
Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparıldı, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirildi.