AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Avropa Birliyi data mərkəzləri kosmosda yerləşdirmək istəyir

21.11.2022 / Maraqlı məlumatlar

Avropa Birliyi iqlim dəyişiklikləri ilə daha effektiv şəkildə mübarizə aparmaq üçün məlumatların emalı mərkəzlərini (data mərkəzlər) kosmosa göndərmək istəyir. Bu layihə ilə Thales Alenia Space adlı şirkət məşğul olacaq. Sözügedən şirkət aerokosmik məhsulların istehsalı ilə məşğul olur. Məlumatların həcmlərinin yüksəlməsi bütün dünyada yeni data mərkəzlərinin istifadəyə verilməsinə gətirib çıxarır. Bu isə öz növbəsində ekologiyaya ciddi təsir göstərir. Bu səbəbdən də Avropa Birliyi gələcək data mərkəzlər üçün alternativ variantlar axtarışındadır. Bu üsulla qlobal istiləşməni aşağı salmaq planlaşdırılır. ASCEND adlı təşəbbüs çərçivəsində data mərkəzlərin kosmosda yerləşdirilməsi imkanı detallı şəkildə araşdırılacaq.

Bu öz növbəsində Avropa Birliyinin 2050-ci ilə kimi karbon neytrallığına çatmasına şərait yarada bilər. Bu layihə Avropa Birliyinin tədqiqatlar və innovasiyalar üzrə sayca 9-cu olan “Horizon Europe” adlı proqramına daxildir. Sözügedən proqram 7 il müddətinə (2020-2027) nəzərdə tutulub və onun büdcəsi 95.5 milyard avro təşkil edir. ASCEND təşəbbüsünə isə artıq 2 milyon avro dəyərində qrant ayrılıb. Thales Alenia Space adlı şirkət öz növbəsində data mərkəzlərin kosmosda yerləşdirilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu qiymətləndirəcək.

Bu layihədə Thales Alenia Space şirkətindən əlavə olaraq İT, kosmik texnika və digər sahələrdə fəaliyyət göstərən şirkətlər də iştirak edəcəklər. Texniki tərəfdən məlumdur ki, potensial olaraq kosmosda yerləşdiriləcək data mərkəzlər öz enerjilərini Günəşdən əldə edəcəklər. Data mərkəzlərdən məlumatların ötürülməsində isə yüksək sürətli şəbəkə kanallarından istifadə ediləcək. Lakin hələ ki, nəhəng ölçülü data mərkəzlərin kosmik raketlərin daxilində yerləşdirilməsi üçün kompakt modullara necə çevirmək lazım olduğu məlum deyil. Bununla yanaşı kosmosda yerləşəcək data mərkəzlərin təmiri ilə xidmətlərinin necə reallaşdırılacağı da aydın deyil. Ola bilər ki, bu cür proseslər robotlar vasitəsilə reallaşdırılsın.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi