İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı elmi seminarda çıxış edib
29.11.2022 / Mühüm xəbərlərAR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Süni İntellekt metodlarının tətbiqi ilə tanınma məsələlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi professor Şahnaz Şahbazova 28 noyabr 2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Texnologiya və Dizayn fakültəsinin Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının təşkil etdiyi elmi seminarda çıxış etmişdir.
Ş.Şahbazova seminarda “Təlim və biliyə nəzarət intellektual informasiya sistemi kompleksinin arxitekturasının modelləşdirilməsi” (TBNİİS) məruzəsilə çıxış etmişdir. Məruzədə tədris prosesinin təşkilinin səmərəliliyini artıran, vacib olan əsas model və metodlar konkretləşdirilmiş, tədqiq edilmişdir. Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında müzakirələr aparılmışdır.