AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın prezidenti Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatında iştirak edib

01.12.2022 / Mühüm xəbərlər

Noyabrın 30-da AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının 2022-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Hesabat iclasını akademik İsa Həbibbəyli açaraq tədbir iştirakçılarını AMEA-nın Rəyasət Heyəti adından salamlayıb. Ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının ölkəmizdə elmin idarəolunmasında yeni sistem yaratmaq, elm və təhsilin inteqrasiyasını sürətləndirmək, eləcə də Akademiyanın itirilmiş nüfuzunu bərpa etmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini,  AMEA-nın tabeliyində olan bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinə və digər dövlət qurumlarının tabeliyinə verilməsinin uğurlu nəticələrə gətirib çıxaracağına əminliyini ifadə edən akademik İsa Həbibbəyli artıq təhvil-təslim prosesinin başa çatmaq üzrə olduğunu, institut və muzeylərin həmin nazirliklərin tərkibində fəaliyyətlərini uğurla davam etdirməyə başladıqlarını vurğulayıb.

Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək və AMEA-nın yeni çağırışlar işığında qəbul olunmuş yeni Nizamnaməsinə əsaslanaraq bundan sonrakı fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini bildirən akademik İsa Həbibbəyli nazirliklərin tabeliyinə verilən, eləcə də respublikanın digər qurumlarının tərkibində olan elmi təşkilatlara elmi-metodiki köməkliyin göstərilməsinin nəzərdə tutulduğunu söyləyib.

Bu istiqamətdə AR elm və təhsil naziri Emin Əmrullayevlə bir neçə səmərəli görüşün keçirildiyini deyən AMEA rəhbəri vurğulayıb ki, bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi onların gələcəkdə bir çox qrant layihələri və proqramlarda iştirakına geniş imkanlar açacaq.

“AMEA-nın tabeliyindən çıxarılan elmi müəssisə və təşkilatların cari ildəki hesabatlarını Akademiya qəbul edir. AMEA-da hesabatların özünəməxsus ənənəsi var. Belə ki, hesabatlar əvvəlcə şöbə və laboratoriyalarda, sonra elmi şura və bölmələrdə, yekunda isə AMEA-nın Rəyasət Heyətində müzakirəyə çıxarılır. Bu ənənəni möhkəmləndirmək məqsədilə cari ildən AMEA Rəyasət Heyətinin üzvləri və şöbə müdirləri elmi müəssisə və təşkilatların hesabat iclaslarında iştirak edirlər. Bu günlərdə AMEA-nın tarixində ilk dəfə Akademiya prezidenti olaraq bir şöbənin iclasına, Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin hesabatının müzakirəsində iştirak etmişəm. Məqsədimiz aparılan tədqiqatların keyfiyyətini yüksəltmək, elmi potensiala öz dəstəyimizi vermək, alimlərin problemlərini dinləməkdir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Akademiyada elektron sənəd dövriyyəsi istiqamətində fəaliyyətin ürəkaçan olmadığını deyən AMEA rəhbəri bu yöndə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin 2023-cü ilin əvvəllərindən etibarən Akademiyada “2022-ci il Nobel mükafatları laureatları və Nobelə gedən yol” mövzusunda tədbirlərin keçiriləcəyini bildirib. Akademiyada “Fizika və lirika” konfranslarının keçirildiyini xatırladan akademik İsa Həbibbəyli dəqiq və humanitar elmlərin sintezinin elmi inkişaf etdirməyin başlıca yollarından biri olduğunu deyib.

Sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik etdiyi müəssisədə 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini təqdim edib. Qeyd edib ki, hesabat ilində institutda elmi tədqiqatlar riyaziyyat və mexanika sahələri üzrə (5-i riyaziyyat, 2-si mexanika olmaqla) 7 elmi istiqaməti əhatə edib. Həmin elmi istiqamətləri təqdim edən M.Mərdanov institutun əməkdaşları - AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasovun yaratdıqları “Layda qazəmələgətirmə texnologiyası”nın “Binəqədi Oil Company” şirkətində istismar və su vurucu quyularında neftçıxarmanın intensivləşdirilməsi və qəbul etmənin artırılması məqsədilə tətbiq olunduğunu, 30-35% effektiv nəticənin alındığını söyləyib. Həmçinin Vyetnamın “Vietsovpetro” şirkətinə məxsus DSP-7 və DSP-5 stasionar platformaları arasında 1800 m uzunluğunda iki 70 m-lik rayzerə və mürəkkəb həndəsi quruluşa malik qaz kəmərinin təmizlənməsi üçün institutun əməkdaşları - AMEA-nın müxbir üzvü Qeylani Pənahov və dosent Eldar Abbasovun yaratdıqları “Boru kəmərlərinin gel kompozisiyaları ilə təmizlənməsi” innovativ texnologiyanın uğurla sınaqdan keçirildiyini diqqətə çatdırıb.

Elmi nəşriyyat fəaliyyətinə toxunan baş direktor institut əməkdaşlarının 2022-ci ildə 148 məqalə (104-ü “Clarivate Analytics” və “Scopus” bazalarında), 164 tezis (52-si xaricdə), 2 kitab və 4 monoqrafiyasının (2-si xaricdə) çap olunduğunu, onların əsərlərinə 2000-ə yaxın istinadın edildiyini bildirib.

Misir Mərdanov müəssisədə “Proceedings”, “AMEA-nın Xəbərləri” (riyaziyyat buraxılışı), “Azerbaijan Journal of  Mathematics”, “AMEA-nın Xəbərləri” (mexanika buraxılışı) jurnallarının işıq üzü gördüyünü, nəşrlərin “Clarivate Analytics”, “Scopus”, “Mathematical Reviews”, “Zentralblatt MATH” bazalarında referatlaşdırıldığını, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlərin siyahısına daxil edildiklərini vurğulayıb. Qeyd edib ki, institutun 3 jurnalı “Scopus” bazasında impakt faktora malikdir, həmçinin “Web of Science”ın bazasına ölkəmizdən daxil olan 9 jurnalın 2-si Riyaziyyat və Mexanika İnstitutunda hazırlanır.

Alim, o cümlədən institutda əldə edilən mühüm nəticələr, mövcud problemlər və s. məlumatları təqdim edib.

Daha sonra hesabat ətrafında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Bilal Bilalov, professorlar Mamed Bayramoğlu və Yusif Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Riyaziyyat və Mexanika İnstitutunun 2022-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda riyaziyyatçı alimlər məktəbi ənənəsinin bu gün sözügedən müəssisədə yaşadıldığını söyləyib. Xüsusilə institutda 40 yaşına kimi elmlər doktorluğunu müdafiə edənlərin olmasından və müəssisənin jurnallarının dünyanın aparıcı bazalarında referatlaşmasından məmnunluğunu dilə gətirib, riyaziyyatçı alimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi