AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elm və təhsil naziri media üçün brifinq keçirib

25.11.2022 / Mühüm xəbərlər

Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.  

 

Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev xaricdə təhsil üzrə mövcud dövlət proqramları çərçivəsində gənclərə yaradılan imkanlardan söz açıb. Nazir qeyd edib ki, hazırda 207 nəfər “2019-2023-cü illər üçün Dövlət Proqramı”  çərçivəsində xaricdə doktorantura təhsili, 353 nəfər “2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavr və magistr təhsili alır. 165 nəfər isə hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində xaricdə təhsil almaq imkanı qazanıb. 
  
Daha sonra müəllimlərin sertifikatlaşdırılmasından söz açan nazir bildirib ki, ümumilikdə, 11 657 nəfər ibtidai sinif müəllimi sertifikasiyaya cəlb olunub.


51 baldan yuxarı nəticə göstərən müəllimlərin sayı 3 163 nəfərdir. Onların orta aylıq əməkhaqları 831 manata qədər qalxıb. Digər 48 faiz, yəni 5 624 nəfər 30-50 arası bal toplayan müəllimin əməkhaqqı isə 686 manat civarındadır. 

 

Məktəblərin istiliklə təminatına toxunan Emin Əmrullayev təhsil müəssisələrində bununla bağlı yaranmış texniki nasazlıqların aradan qaldırılması üçün işlərin mütəmadi davam etdirildiyini diqqətə çatdırıb. 
  
Yeni hazırlanmış şagird davranış qaydalarının ictimai müzakirəsinin yekunlaşdırıldığını qeyd edən Emin Əmrullayev bildirib ki, qaydalar cari tədris ilinin ikinci yarımilində 300 məktəbdə pilot layihə kimi tətbiq ediləcək. Növbəti tədris ilindən isə bütün məktəblərdə tətbiqi nəzərdə tutulur. 
  
Nazir çıxışında məktəblərin internetə çıxışı, kompüter təminatı, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin seçimi və uşaqların qəbulu barədə də məlumat verib.   
  
Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

edu.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi