
Yunanıstanın Thessaly Universiteti və İSİ arasında birgə layihə Erasmus+ qrantına layiq görülüb
06.12.2022 / Mühüm xəbərlər
Yunanıstanın Afina şəhərində yerləşən Thessaly Universiteti (UTh) və AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2022-ci ilin fevral ayında Avropa Komissiyasının Erasmus+ tələbə mübadilə proqramına təqdim edilmiş ERASMUS+ (Action KA171) proqramının “Ali təhsil tələbələri və işçi heyəti üçün mobillik” layihəsi qalib layihələrin siyahısına daxil olmuşdur.
Müəssisə: Yunanıstanın Afina şəhərində yerləşən Thessaly Universiteti və AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun İdarəetmə Sistemləri İnstitutu
Layihənin koordinatoru: İSİ-nin laboratoriya müdiri, professor Kamil Ayda-zadədir
Layihənin şərtlərinə görə:
- Azərbaycanda təhsil və ya təcrübə keçmək üçün (2 ay müddətinə) bir UT PhD tələbəsinin ezamiyyəti;
- Yunanıstanda təhsil və ya təcrübə keçmək üçün (2 ay müddətinə) bir İSİ tələbəsinin ezamiyyəti;
- Azərbaycanda tədris üçün (5 iş günü və 2 səyahət günü üçün) UTh-dən iki heyət üzvünün ezamiyyəti;
- Yunanıstanda tədris üçün (5 iş günü və 2 səyahət günü üçün) İSİ-dən iki heyət üzvünün ezamiyyəti nəzərdə tutulmuşdur.


