
İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri tanınmış xarici universitetin dissertasiya şurasının üzvü seçilmişdir

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşən Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin 28 dekabr 2022-ci il tarixində keçiriləcək dissertasiya şurasının üzvü seçilmişdir.
Şurada doktorant Merembaev Timur Jumakanoviçin "6D070400 – “Kompüter elmləri və proqram təminatı” ixtisası üzrə “Texniki sistemlərin monitorinqi üçün proqram və aparat vasitələrinin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.