AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir

12.12.2022 / Mühüm xəbərlər

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov uzunmüddətli səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə və Azərbaycan elminin inkişafında xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında çalışan Əminağa Sadıqov elmin inkişafına, elmlə təhsilin inteqrasiyasına, Azərbaycan elminin dünyada tanınmasına mühüm töhfələr vermişdir.

 

Əminağa Sadıqov 1985-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirmişdir. O, 1992-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2013-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adlarını almış, 2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

 

Ə.Sadıqov əmək fəaliyyətinə 1985-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda başlamış, 1988-ci ildən AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatına köçürülmüş və orada Elmi-təşkilat şöbəsinin, Elmi-Təşkilat İdarəsinin, Elm və Təhsil Baş İadarəsinin rəisi vəzifələrində işləmişdir. O, 2019-2020-ci illərdə AMEA-nın akademik-katibi(vitse-prezidenti) vəzifəsində işləmiş və AMEA Rəyasət Heyətinin üzvü olmuşdur. O, 11 dekabr 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsinə təyin edilmiş, 1 fevral 2021-ci ildən isə həmin institutun icraçı direktoru vəzifəsində işləyir.

 

Ə.Sadıqov fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellərin, metodların və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması sahəsində tanınmış alimdir. O, bir sıra riyazi metodların, modellərin və onların əsasında yaradılmış informasiya texnologiyalarının, habelə 171 elmi əsərin, o cümlədən 3 elmi monoqrafiyanın, 5 kitabın, 2 ixtira və 2 patentin müəllifidir. Ə.Sadıqov 20-yə yaxın beynəlxalq və respublika səviyyəli elmi layihənin yerinə yetirilməsində rəhbər və ya icraçı qismində iştirak etmiş, dünyanın 40-a yaxın ölkəsində, o cümlədən Amerika Birləşmiş Ştatlarında, Kanadada, İsraildə, Almaniyada, Fransada, Rusiyada, Ukraynada, İtaliyada, İspaniyada, İsveçdə, Malayziyada 60-dan çox mötəbər elmi forumda ölkəmizi təmsil etmişdir.

 

Ə.Sadıqov elm və təhsillə bağlı bir sıra dövlət əhəmiyyətli tədbirlərin təşkilində və həyata keçirilməsində, normativ-hüquqi sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir.

 

Elmi işlərlə yanaşı, aktiv pedaqoji fəaliyyətlə məşğul olan alim aparıcı universitetlərdə mühazirələr oxumaqla yanaşı gənclərin elmi tədqiqatlara cəlb olunması və yüksək ixtisaslı kadrların hazırlanması üçün var qüvvəsi ilə çalışır. Onun rəhbərliyi ilə fəlsəfə və elmlər doktorluğu proqramları üzrə dissertasiyalar uğurla yerinə yetirilir. 

 

İstedadlı alim Ə.Sadıqov səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə, Azərbaycanda elmin və təhsilin  inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının medalı ilə və 4 dəfə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur. Alim, həmçinin Beynəlxalq Reytinq Akademiyasının qızıl medalına və bir sıra beynəlxalq və respublika səviyyəli qeyri-hökumət təşkilatlarının təltiflərinə də layiq görülmüşdür.

 

İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından kibernetika elminə mühüm töhfələr vermiş görkəmli alimi təbrik edir, ona elm və təhsilimizin tərəqqisi yolunda yeni uğurlar arzulayırıq!

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi