AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın 60 yaşı tamam olur

13.12.2022 / Mühüm xəbərlər

Bu gün görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” laureatı, “Şöhrət” və “Şərəf” ordenli, Oks­ford­­ Universiteti nəzdində Nizami Gəncəvi adı­na Azər­bay­can və Qafqazşünaslıq Mər­­kə­zi­­nin yara­dıl­ma­sının təşəbbüskarı, AMEA-nın vitse-prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filia­­lının rektoru, akademik Nərgiz Paşayevanın 60 illik yubileyidir.

 

Akademik Nərgiz Arif qızı Paşayeva Bakı Dövlət Universitetinin Filologiya fakül­təsini fərqlən­mə diplomu ilə bitirmiş, 1987-ci ildə “Sabirin novatorluğu” mövzusunda namizədlik, 2005-ci ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)” mövzusunda doktorluq dissertasiyalarını müda­fiə etmiş,  2005-ci ildə pro­fes­sor elmi adını almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmiş­dir. 2019-cu ildən Rusiya Təhsil Akademiyasının həqiqi üzvüdür. 2019-cu ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.

 

Tanınmış ədəbiyyatşünas alim əmək fəaliyyətinə Bakı Döv­lət Universitetinin Azərbay­can ədəbiy­yatı tarixi kafedrasında başlayaraq assistent, müəl­lim, baş müəl­lim, dosent vəzifələ­­rində çalış­mış (1987-ci ildən), Bakı Musiqi Aka­de­mi­­yasının Dil və ədəbiyyat kafed­rasının mü­di­ri (1994-2008), Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru ol­muş­dur (2006-2008). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filia­­lının rektoru (2008-ci ildən), Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədə­biy­yatı kafed­ra­sı­nın­ müdiridir (2009-cu ildən).

 

Oks­ford­­ Universiteti nəzdində Nizami Gəncəvi adı­na Azər­bay­can və Qafqazşünaslıq Mər­­kə­zi­­nin yara­dıl­ma­sının təşəbbüskarı (2013), Mərkəzin İdarə­ Heyətinin üzvü (2018), Bö­yük Britaniyada təsis edil­miş Azərbaycanı və Qaf­qa­zı öyrənən Britaniya Fon­dunun qəyyumluq şurası­nın sədridir (2016). Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilik Komi­tə­si­nin daimi üzvüdür (2018).

 

Alimin rəhbərliyi ilə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin hazırladığı proqram çərçivəsində Bərdə şəhərində arxeo­loji qazıntı işləri aparılmış (2014-2019), Britaniyada Azərbaycanın orta əsr­lər tarixi ilə bağlı bir sıra elmi-akademik seminar və müxtəlif layi­hə­lər həya­ta keçirilmişdir. Onun təşəbbüsü ilə Oks­ford Univer­si­te­ti nəzdində Nizami Gən­cə­vi adı­na­ Azərbaycan və Qafqazşünaslıq Mər­kəzinin layi­hə­si çərçivəsində şərqşünas-alim Yev­geni Bertelsin “Böyük Azər­baycan şairi Ni­za­mi” kitabı ilk dəfə ingilis dilinə tər­cü­­mə olunaraq çap edilmişdir. Nərgiz Pa­şa­ye­vanın müəllifi olduğu layihələr əsasında “Mol­­la Nəsrəddin” jurnalı yeni­dən çap olunmuş, “Azər­bay­can xalq çalğı alət­ləri” ka­taloqu ha­zır­lan­mış, “Səməd Vur­ğunun həyatı məktublarda” və digər ki­tab­lar işıq üzü görmüşdür. “Sabirin no­va­torluğu”, “İnsan bədii təd­qi­qat­ obyekti kimi”, “İnsan – obraz - ədə­biy­yat”, “Yeniləşən ədəbiyyatın yeni in­sa­nı”­ monoqrafiyalarının, ali­ məktəblər üçün­ “Antik ədəbiy­yat­ tarixi” (I-II) dərs­liyinin müəl­lifi­dir. “İntizar” operasına lib­ret­­to yazmış və yeni quruluşda təq­dim olunmasına nail ol­muş­dur.

 

Akademik Nərgiz Paşayeva “Üns” bədii yara­dı­cı­lıq səhnəsinin yaradıcısı və bədii rəhbəri (2006-cı ildən), Azərbaycan Yazıçılar Birliyinin üz­vü (2007) və “İngiltərə-Azərbaycan xeyriyyə Cəmiyyəti”nin həmsədridir (2007).

 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Dostluqda göstərdiyi xid­mət­lərə görə” nişanına (2008), “Əmək­dar elm xadimi” fəxri adına (2009), Rusiya Federasiyasının ali dövlət mükafatı olan “Dost­luq” or­deninə, UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalına (2008), Macarıstanın döv­lət mü­ka­fatı olan “Xidmət­lərə görə” Ko­man­dor Xaç ordeninə, Fransanın zabit də­rə­­cəli “Akademik Palma” fransız ordeninə (2013), “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na ­(2017), “Şöhrət” (2019), “Şərəf” (2022) ordenlərinə layiq görül­müş­dür.­

 

Azərbaycan ədəbiyyatşünaslıq elminin və təhsilinin inkişafında mühüm xidmətləri olan akademik Nərgiz Paşayevanı 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

science.gov.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi