AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Filmlər, seriallar və teatr tamaşaları üçün ssenarilər tərtib edən yeni süni zəka sistemi təqdim edilib

13.12.2022 / Maraqlı məlumatlar

Alphabet holdinqinin DeepMind AI adlı şöbəsi Dramatron adlı yeni süni zəka sistemini təqdim edib. Bu süni zəka sistemi mətn formatında təqdim edilən bir sətrlik ideyanın əsasında filmlər, seriallar və teatr tamaşaları üçün nəzərdə tutulmuş ssenarilər tərtib edir. Dramatron-u test etmiş professional şəxslər onun bacarıqlarını siravi adlandırsalar da, onlar bu süni zəka sisteminin ssenarilərin müxtəlif detallarının tərtib edilməsi səviyyəsindən heyran qalıblar. Dramatron hələ bir neçə müddət bundan öncə DeepMind AI tərəfindən təqdim edilmiş ChatGPT adlı süni zəka sistemini xatırladır. ChatGPT kimi Dramatron alqoritmləri də inandırıcı və bir-biriləri əlaqələndirilmiş mətnlər tərtib edə bilirlər.

Lakin Dramatron-un halında tərtibatçılar daha da irəli gedərək sistemi personajlar, vəziyyətlər və hadisələrin cərəyan etdikləri yerlər haqqında daha ətraflı mətnləri tərtib etməyi öyrədiblər. Nəticədə Dramatron tam ssenarinin hazır qaralama versiyasını təqdm edir. İstifadəçi isə öz növbəsində sistem tərəfindən təqdim edilmiş qaralama versiyanı öz istəyinə uyğun olaraq genişləndirə bilər. Sözügedən süni zəka sistemindən istifadə etmək üçün Dramatron-un GitHub səhifəsində qeydiyyatdan keçmək və iki ədəd API açarı əldə etmək lazımdır. Dramatron-un testində 15 nəfər professional ssenarist iştirak edib.

Nəticədə həmin ssenaristlər bildiriblər ki, onlar öz yaradıcılıq fəaliyyətləri çərçivəsində hansısa ciddi layihələr üçün Dramatron-dan istifadə etməzdilər. Belə ki, onların fikirlərinə əsasən bu süni zəka sistemi tərəfindən tərtib edilən personajlar, dialoqlar və vəziyyətlər olduqca şablondular. Lakin bununla belə dünyanın daha geniş təsvirinin yaradılması, müxtəlif süjet xətlərinin sürətli şəkildə yoxlanılması və yeni personajların əlavə edilməsi yolunda hətta professional ssenaristlər üçün də Dramatron faydalı ola bilər. Bundan əlavə olaraq Dramatron yaxşı yaradıcı ideyaların generasiyası üçün də çox faydalı ola bilər.

technote.az

Tweet
ELANLAR
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi