
İdarəetmə Sistemləri İnstitutunun kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun kollektivi dahi şəxsiyyət, unudulmaz lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
İSİ əməkdaşları görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.