
İdarəetmə Sistemləri İnstitutunda ixtisas və fərq doktorluq imtahanlarının qəbulu başa çatmışdır

AМЕА-nın prezidenti v.i.e. akademik Arif Həşimovun 24 oktyabr 2022-ci il tarixli 551 №-li “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 2022-ci ilin qış imtahan sessiyasında ixtisas və fərq doktorluq imtahanlarının qəbulu məqsədilə AMEA-nın müxbir üzvləri Əminağa Sadıqovun və Ağası Məlikovun, professor Knyaz Məmmədovun sədrliyi ilə Qəbul komissiyaları yaradılmışdır.
30 noyabr, 1, 6 və 14 dekabr 2022-ci il tarixlərinə təyin olunmuş imtahanlarda müvafiq olaraq “Texnikanın əsasları” ümumelmi fənni üzrə fərq imtahanında 2, 1203.01 – “Kompüter elmləri” ixtisasından doktorluq imtahanında 2, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasından doktorluq imtahanında 1 və Riyaziyyat fənni üzrə fərq imtahanında 1 iddiaçı iştirak etmişdir.
İmtahan sessiyası müvəffəqiyyətlə başa çatmışdır.