
Doktorluq dissertasiyasının müzakirəsi birləşmiş seminarı

19.01.2012-ci ildə Kibernetika İnstitutunda "Determenik sistemlərdə qərarqəbuletmənin ədədi üsullаrı”, "Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması”, "Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə problemləri” və "Texnoloji avadanlıqların və qurğuların etibarlılığının qiymətləndirilməsi və proqnozlaşdırılması” laboratoriyalarının birləşmiş seminarı keçirilmişdir. Seminarda, r.e.d. K.R.Aydazadənin rəhbərliyi ilə C.A.Əsədovanın 05.13.18- Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri ixtisası üzrə yerinə yetirdiyi "Boru kəməri nəqliyyatı sistemlərində keçid proseslərinin tədqiqatının ədədi üsulları və optimal idarə edilməsi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlinin müzakirəsi keçirilmişdir.