
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümümxalq yürüşü

26 fevral 2017-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak etmişlər. Əməkdaşlarımız Xocalı qurbanlarının əziz xatirəsinə ucaldılmış «Ana harayı» abidəsini ziyarət etmiş, erməni vəhşiliyi ucbatından Xocalı soyqırımında həlak olan günahsız Azərbaycan vətəndaşlarının unudulmaz və əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.