AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

06.01.2023 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d. Aygün Əliyeva 2022-ci il 10-11 dekabr tarixlərində Türkiyənin Bandırma Onyedi Eylül Universitetinin təşkilatçılığı ilə keçirilən Tətbiqi İqtisadiyyat və Maliyyə üzrə IX beynəlxalq elmi konfransda (International Conference on Applied Economics and Finance)  iştirak edib.

 

“Sənaye müəssisələrinin idarə edilməsində informasiya sistemləri” (Information systems in managament of industrial enterprises) mövzusunda məruzə edən A.Əliyeva çağdaş dünya ölkələrinin sənaye müəssisələrinin idarə edilməsində mövcud prinsiplər və informasiya texnologiyalarının rolundan bəhs edib. Müəssisənin idarə edilməsinin müasir metodlarının mükəmməl texnoloji həllər tələb etdiyini qeyd edən alim informasiya sistemlərinin inkişaf səviyyəsinin müəssisə menecmenti üçün yeni imkanlar yaratdığını bildirib.

 

Alim bildirib ki, artan rəqabət mühitində sənaye müəssisəsinin effektivliyini artırmaq üçün vacib məsələ informasiyanın işlənməsidir. Məhz intellektual texnologiyaların tətbiq olunması ilə yaradılmış effektli informasiya sistemləri həm avtomatlaşdırılmış sistemlərlə idarəetməni təşkil etməkdə, həm də xarici informasiya resurslarına yol açmaqdadır. A.Əliyeva bu istiqamətdə ölkəmizdə görülən yüksək əhəmiyyətə malik işlərdən söz açıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.

 

Qeyd edək ki, sözügedən konfrans iqtisadiyyat, maliyyə və sosial elmlərlə maraqlanan yerli və beynəlxalq tədqiqatçıları, akademikləri, menecerləri və tələbələri bir araya gətirərək müvafiq sahələrdə mövcud elmi və praktiki problemlərin müzakirəsi və həll yollarının aşkarlanması məqsədi daşıyır.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi