Süni intellekt daha da aktivləşəcək
23.01.2023 / Maraqlı məlumatlarIDC Research-in məlumatına görə, 2023-cü ildə süni intellektə dünya üzrə xərclər 500 milyard dolları keçəcək.
Maliyyə qurumları və müəssisələr, xüsusilə də fırıldaqçılığın qarşısını almaq və müştəri məlumatlarını qorumaq, həmçinin ödəniş əməliyyatlarını daha səmərəli etmək üçün süni intellektdən istifadə etməyə davam edəcək.
Maliyyə sənayesi dünyada ən çətin tənzimlənən sənayelərdən biridir. 2023-cü ildə tənzimləmə texnologiyaları (RegTech) qabaqcıl həllər təklif edərək sektorda əhəmiyyətli dəyişikliklər yaradacaq və rəqabəti müəyyən mənada dəyişdirəcək. Alternativ maliyyə, blokçeyn və süni intellektin tətbiqi ilə fintech sənayesi bütün dünya hökumətlərinin diqqətini cəlb edəcək.