Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • İllik hesabat
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir

23.01.2023 / Mühüm xəbərlər

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası keçirilmişdir. İclasda AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov uzunmüddətli səmərəli elmi və elmi-təşkilati fəaliyyətinə və Azərbaycan elminin inkişafında xidmətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

Azərbaycanda elmin inkişafı və elmlə təhsilin inteqrasiyası istiqamətində əvəzsiz xidmətləri olan  Ə.Abbasovun elmi-tədqiqat işlərinin əsas istiqamətləri informasiya texnologiyaları və idarəetmə məsələlərinin həllinə yönəlib. Sözügedən sahələrə mühüm töhfələr bəxş etmiş akademik böyük və ifrat böyük inteqral sxemlərin sıxlığını artırmaq üçün topoloji metodlar vermiş və elementlərin kristal üzərində optimal yerləşdirilməsi və əlaqələndirilməsi məsələsi həll edilmişdir. Alimin rəhbərliyi ilə böyük həcmli informasiya şəbəkələrində qeyri-səlis axtarış metodları və alqoritmləri işlənib hazırlanmış, böyük verilənlər və dərin öyrənmənin köməyi ilə az linqvistik rəqəmsal resurslu təbii dilin emalı, o cümlədən maşın tərcüməsi, nitqin analizi və başa düşülməsi metodları işlənmiş və Azərbaycan dili üçün tətbiq edilmişdir.

 

Ə.Abbasov Azərbaycanda internet infrastrukturunun yaradılmasına rəhbərlik etmişdir. Akademik Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri layihəsinin, milli əhəmiyyətli xüsusi təyinatlı kompüter və informasiya sistemlərinin icraçısı və rəhbəri, EARN və İNTERNET şəbəkələrinin respublika üzrə koordinatoru, NATO-nun Elm komitəsində Azərbaycan üzrə əlaqələndirici şəxs olmuş, Azərbaycan Respublikasını Trans-Avropa Elmi-tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasında (TERENA) təmsil etmişdir. Bu müddət ərzində “Elm və təhsil İNTERNET şəbəkəsinin inkişafı”, “Respublikada məsafədən (distant) təhsil sisteminin yaradılması”, “Virtual İpək Yolu”, “Xüsusi istedadlı qrup” və digər əhəmiyyətli layihələrə rəhbərlik etmişdir.

 

Görkəmli alim Azərbaycanda informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasında, yeni texnologiyaların, e-hökümət həllərinin tətbiqində və genişzolaqlı şəbəkə xidmətlərinin və İKT üzrə insan resurslarının inkişafında BMT müvafiq qurumlarının istinad etdiyi diqqətəlayiq nəticələr əldə etmişdir. O, “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Regional İnnovasiya Zonası”, “Azərspace-Telekommunikasiya və Müşahidə Peykləri” milli və regional layihələrinə rəhbərlik etmişdir.   

 

Azərbaycan elminin inkişafı, beynəlxalq arenada tanınması istiqamətində uzun illər dəyərli töhfələr bəxş etmiş, ölkəmizi dünya miqyasında uğurla təmsil etmiş Ə.Abbasov hazırda Beynəlxalq Elmlər Akademiyasının, Ümumdünya Elmlər Akademiyasının (TWAS), Beynəlxalq İnformatizasiya və Beynəlxalq  Mühəndislik  Akademiyalarının həqiqi üzvü, 5 xarici universititetin fəxri doktoru və Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun (İEEE) üzvüdür.

 

İdarəetmə Sistemləri İnstitutunun kollektivi adından əsas qayəsi Azərbaycan elminin inkişafı olan, dövlətçilik siyasətinə daim sadiq qalan, informasiya texnologiyaları və idarəetmə sahəsinə mühüm töhfələr bəxş edən dünyaşöhrətli alim, akademik Əli Abbasovu təbrik edir, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq!

Tweet
ELANLAR
  • 06.02.2023
    “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
  • 06.02.2023
    İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçiriləcək
  • 03.02.2023
    “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı konfrans keçiriləcək
  • 02.02.2023
    “Hərb sənətinin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu