Elmi şuranın növbəti iclası keçirildi
14.11.2017 / Elmi şuranın iclasları14 noyabr 2017-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 1.8 saylı “Qeyri-stasionar proseslərin real vaxt rejimində analizi üsulları” laboratoriyasının, 3.5 saylı “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə” laboratoriyasının, 3.1 saylı “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının və 2.3 saylı “Teletrafik nəzəriyyəsi” laboratoriyasının 2017-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.