AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Keçmiş Google əməkdaşları Neeva adlı süni zəka əsaslı axtarış xidmətini istifadəyə veriblər

31.01.2023 / Maraqlı məlumatlar

Google şirkətinin reklam üzrə keçmiş vitse-prezidenti Sridhar Ramaswamy və Youtube sevisinin monetizasiyası üzrə keçmiş vitse-prezidenti Vivek Raghunathan Neeva adlı layihəni istifadəyə veriblər. Onların fikirlərinə əsasən sözügedən layihə veb axtarış sahəsinin qaydalarını dəyişəcək. Sridhar Ramaswamy öz növbəsində axtarış nəticələrində reklam elanlarını və çoxlu sayda linkləri təqdim edən müasir axtarış xidmətlərinə təşəkkürünü bildirib və qeyd edib ki, onları artıq muzeyə göndərməyin vaxtı gəlib çatıb. Neeva adlı yeni platformanın ilk istifadəçiləri onun barəsində artıq müsbət rəylər bildirməyə başlayıblar. Neeva platformasının maraqlı özəlliklərindən biri də əlavə məlumatın əldə edilməsi alqoritmidir (RAG).

 

Belə ki, istifadəçi tərəfindən axtarış sorğusunu qəbul edən zaman sistem istifadəçiyə təqdim edilən axtarış nəticəsini öz məlumatlar bazasında olan əlavə məlumatlarla tamamlayır və dil modellərini aktivləşdirir. Nəticədə sistem istifadəçi sorğuları üçün təbii cavabları tərtib edə bilir. Başqa sözlə desək, istifadəçi bir neçə mənbəni araşdırmaq və ya bir sıra məqaləni oxumaq öhdəliyindən azad olur. Təbii ki, sistem tərəfindən təqdim edilən axtarış nəticəsinin doğruluğunu yoxlamaqda fayda var. Buna görə də mouse işarəsini sistem tərəfindən qısa formada təqdim edilmiş istənilən məlumatın üzərinə sürüşdürən zaman məlumatın əldə edildiyi mənbənin linki ortaya çıxır. Nəticədə istifadəçi bu və ya digər faktı fərdi şəkildə təsdiqləyə bilər.

 

Neeva platformasının istifadəçilərinin maraqlarını cəlb edən özəlliklərdən biri də sistemin gülməli və maraqlı sorğulara necə cavab verməsi olub. İstifadəçilər özlərinə maraqlı ola biləcək hər bir şey barəsində Neeva-dan soruşublar. Bununla belə sistemin təqdim etdiyi nəticələr hələ idealdan çox uzaqdırlar. Belə ki, sistem bəzən ilk cəhddən lazımi cavabları təqdim etmir. Sözügedən platformanın əsas gəlir mənbəyi aylıq abunəlikdir. İstifadəçilərə aylıq 5.99$ qiymətində abunəlik təklif edilir. Abunəlik sisteminə qoşulmuş istifadəçilər sistemin genişləndirilmiş funksiyalarından istənilən qədər istifadə edə bilərlər. Adi istifadəçilər isə sistemin yalnız standart imkanlarından faydalana bilərlər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi