Alim və mütəxəssislər üçün “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçiriləcək
06.02.2023 / Maraqlı məlumatlarAvropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AK-nın “Horizon Avropa” Proqramı üzrə Məlumat Gününün keçirilməsi nəzərdə tutulub. Tədbirin proqramına AK-nın ekspertləri tərəfindən “Horizon Avropa” Proqramının imkanları, Mariya Sklodovska-Küri Fəaliyyəti, Avropa Tədqiqat Mərkəzi, İqlim və enerji klasteri və tibb istiqaməti üzrə təqdimatlar daxil edilib.
Tədbir 6 fevral 2023-cü il tarixində saat 10:00-14:00-da onlayn formatda keçiriləcək və Azərbaycanın bütün təşkilatlarının alim və mütəxəssisləri iştirak edə bilər.
Onlayn tədbirə bu link vasitəsilə (identifikator: 287 697 8659, kod: 12345) qoşula və proqramla buradan tanış ola bilərsiniz.