AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA Rəyasət Heyətinin iclasında “Türkiyədə baş vermiş zəlzələlərin ilkin nəticələri və seysmologiya elminin vəzifələri” mövzusunda məruzə dinlənilib

15.02.2023 / Mühüm xəbərlər

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qardaş Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş məruzə dinlənilib.

Əvvəlcə iclasda qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyədə baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdiyini deyən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə başçısının göstərişi ilə dövlət qurumlarının operativ iş rejiminə keçdiyini, qardaş ölkəyə xilasedici dəstələr, tibb personalı və yardım üçün lazım olan tibbi ləvazimatların, humanitar yardımların göndərildiyini söyləyib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə zəruri olan dərman və tibbi ləvazimatların göndərildiyini, yardım kampaniyasına sadə vətəndaşlar, dövlət qurumları və ayrı-ayrı təşkilatlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin əməkdaşlarının da dəstək verdiklərini deyib.

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Akademiyada operativ müşavirənin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının zəlzələ və onun səbəbləri, dağıdıcı zəlzələlərin yaratdığı fəsadlar, Azərbaycandakı hazırki seysmik vəziyyətlə bağlı ölkə mediasında davamlı olaraq açıqlamalarla çıxışlar etdiklərini və əhalinin maarifləndirilməsi istiqamətində təbliğat işi apardıqlarını söyləyib.

Sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Türkiyədə baş vermiş zəlzələlərin ilkin nəticələri və seysmologiya elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib. O, Türkiyədəki zəlzələlərin dağıntılarının miqyasının böyük olmasının ilk növbədə yeraltı təkanların ardıcıl iki dəfə təkrar olması və uzun müddətli olması ilə əlaqədar olduğunu bildirib.

Eyni zamanda Qurban Yetirmişli rəhbərlik etdiyi mərkəzin ölkə ərazisində fəaliyyət göstərən seysmik stansiyaları, kompleks seysmoloji, geofiziki və geodinamik tədqiqatlar zamanı istifadə olunan elmi metodikalar barədə məlumat verib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə aparılacaq elmi tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. Həmçinin qeyd edib ki, ölkəmizdə “Seysmologiya” ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac vardır.

Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının  və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi