AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutu və Bakı Dövlət Universiteti yeni layihəyə start verdilər

08.07.2016 / Xəbərlər

AMEA İdarəetmə Sistemləri Institutu (İSİ) və Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının iştirakı ilə AMEA İSI Nanoaraşdırmalar laboratoriyasında "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sisteminin yaradılması" mövzusunda seminar keçirilmişdir.
Keçirilən seminarda AMEA İSİ direktoru, akademik Telman Əliyev, BDU rektoru, akademik Abel Məhərrəmov, AMEA müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva və digər alimlər iştirak ediblər. Akademik Abel Məhərrəmov seminarı giriş sözü ilə başlayaraq BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı elmi-tədqiqat işlərinin hələ 2005-cı ildən aparıldığını, SOCAR və Səudiyyə Ərəbistanın Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyi seminar iştirakçılarının diqqətinə çatdırıb.
Akademik Telman Əliyev işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra AMEA İSİ əməkdaşları nəzərdə tutulan işlər barədə məlumat veriblər. İSİ 1.9 saylı "Neft çıxarma obyektlərinin nəzarət, diaqnostika və idarəetmə sistemləri” laboratoriyasının müdiri, t.e.d., dosent Asif Rzayev "İşlənmənin son mərhələsində olan yataqlarda neftvermə əmsalının artırılması üçün nanotexnologiyaların tətbiqi ilə intellektual idarəetmə sistemlərinin yaradılması” mövzusunda çıxış etmişdir. Bu istiqamətdə elmi-tədqiqat işlərininin nəticəsi olaraq Azərbaycanın Bibiheybət neft-qaz çıxarma mədənlərində 55 quyu , Şirvan-Oil – 190 quyu və Salyan-Oil LTD şirkətində 140 quyunu əhatə edən14 ədəd qrup şəkilli ölçü qurğusu tətbiq edilmişdir .
Seminarda eyni zamanda bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb və işçi qrupu yaradılmışdır.

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi