AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çində demək olar hər bir yaşayış evi 'yaşıl' enerji ilə təmin olunub

22.02.2023 / Maraqlı məlumatlar

Çinin külək turbinləri ilə Günəş elektrostansiyaları ölkədəki hər bir yaşayış evini elektrik enerjisi ilə təmin edəcək qədər enerji generasiya edirlər. Bu barədə xəbəri Bloomberg saytı Çinin Milli Energetika Administrasiyasının (NEA) məlumatlarına istinadən verib. NEA-nın təqdim etmiş olduğu hesabata əsasən külək və Günəş enerjilərinin generasiya etdikləri elektrik enerjisinin həcmi keçən il 21% yüksələrək 1190 teravatt saat təşkil edib. Keçən il Çindəki yaşayış evlərinin ümumi elektrik enerjisi sərfiyyatları isə 1340 teravatt saat təşkil edib. Bu, 2021-ci ildəki göstəricidən 14% yüksəkdir.

NEA-nın təqdim etmiş olduğu bu hesabat Çinin bərpa olunan enerji mənbələri sahəsinə milyardlarla vəsait investisiya etməsinin fonunda bu sahənin ölkədə yüksək sürətlə inkişaf etdiyini göstərir. Bu üsul ilə Çin ekoloji problemləri və daha baha başa gələn ənənəvi yanacaqlardan asılılığı aradan qaldırmağa hədəflənib. Lakin onu da nəzərə almaq lazımdır ki, digər ölkələrdən fərqli olaraq Çində elektrik enerjisi sərfiyyatının çox az hissəsi məhz yaşayış evlərinin payına düşür. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən 2020-ci ildə Çində generasiya edilmiş ümumi elektrik enerjisinin yalnız 17%-i yaşayış evləri tərəfindən istifadə edilib.

Həmin ildə Yaponiyada bu göstərici 29%, ABŞ-da isə 39% təşkil etmişdi. Çində elektrik enerjisinin əsas istehlakçısı fabrik ilə zavodlardır. Belə ki, Çində generasiya edilən elektrik enerjisinin 60%-ni məhz istehsalat sahəsi istifadə edir. Burdan da belə qənaətə gəlmək olar ki, bərpa olunan enerji mənbələrininin Çindəki demək olar hər bir yaşayış evini təmiz enerji ilə təmin etdikləri bir vaxtda istehsalçılar lazımi iqtisadi yüksəliş tempini qoruyub saxlamaq üçün hələ də böyük həcmdə yanacaq yandırmalı olurlar.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi