
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər
25.02.2023 / Mühüm xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
İSİ əməkdaşları Azərbaycanın dinc əhalisinə qarşı amansızlıqla törədilən Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyaraq abidənin önünə çiçəklər düzüblər.
Xalqımız əmindir ki, bu dəhşətli cinayəti törədənlər layiqli cəzalarını alacaqlar. Faciə qurbanlarının əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


