
İSİ əməkdaşının təlim seminarında iştirakı

İSİ-nin "Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçisi Aygün Əliyeva 14-18 dekabr 2015-ci il tarixində "AzPatent”in nəzdində olan Təlim mərkəzində "Modul 1: Əsas Təlim Metodikaları” mövzusunda təlim kursunda iştirak etmişdir. A.Əliyeva kursun sonunda "Organization of service production” mövzusunda prezentasiya təqdim edib müvəffəqiyyətlə iştirak edərək təlim kurslarının növbəti mərhələsində iştirak etmək üçün dəvət olunmuşdur.