
Professor Qorxmaz İmanov Beynəlxalq Elm Fondunun mükafatına layiq görülüb.

AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, professor Qorxmaz İmanov "Rusiya iqtisad elminin inkişafındakı yüksək töhfələrinə görə” nominasiyasında akademik N.P.Fedorenko adına Beynəlxalq Elm Fondunun mükafatına layiq görülmüşdür.
Diplomların təqdimetmə mərasimi dekabrın 11-də Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda keçirilmişdir.