Qırğızıstanin Bişkek şəhərində keçirilən tədris- konfransında iştirak
09.09.2011 / Xəbərlər7-9 sentyabr 2011 ci il Qırğızıstanin Bişkek şəhərində BMT-nin Asiya və Sakit Okean hövzəsi inkişafı üçün İKT tədris mərkəzinin təşkil etdiyi dövlət qulluqçuları üçün İKT Akademiyasının "bədbəxt hadisələrin risklərinin idarə edilməsi üçün İKT " və "İqlim dəyişkənliyi və İKT” mövzusunda keçirilən tədris- konfransda institutunun 2 nəfər elmi işçisi Elxan Sabziyev və Tofig Babayev iştirak etmişdir. Konfransda yuxarıda adı çəkilən mövzularda İKT –nin regionda istifadə edilməsi layihələri barədə geniş məlumat verilmişdir. Orta Asiya Yerin Tətbiqi Tədqiqat İnstitutu ilə Kibernetika İnstitutu arasında anomal seysmik proseslərin monitorinqi üzrə elmi tədqiqat əməkdaşlığı barədə danışıqlar aparılmışdır.