AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ryugu asteroidinin süxur nümunələrində həyat üçün vacib orqanik birləşmələr və B3 vitamini aşkar edilib

27.03.2023 / Maraqlı məlumatlar

Ryugu asteroidinin səthinin alt təbəqəsindən götürülmüş süxur nümunələrinin analizləri ilə bağlı yeni məlumat təqdim edilib. Qeyd etmək lazımdır ki, sözügedən asteroiddən əldə edilmiş süxur nümunələri Hayabusa-2 adlı kosmik aparat vasitəsilə 2020-ci ilin dekabr ayında Yer kürəsinə çatdırılmışdı. Həmin süxur nümunələri üzərində artıq çoxlu sayda analizlər aparılıb. Təqdim edilmiş yeni məlumatlara asasən isə süxur nümunələrinin tərkibində həyat üçün vacib orqanik birləşmələr və hətta vitamin də aşkar edilib. Ryugu Yer kürəsinə yaxın zonada mövcud olan asteroiddir. Məlumata əsasən bu asteroidin yaşı Günəşin yaşından daha çoxdur.

 

Onun strukturunda DNT ilə RNT üçün vacib olan inşaat bloklarının olması bioloji həyat növünün yaranması üçün vacib olan orqanik birləşmələrin Yer kürəsi və hətta Günəş sistemindəki digər planetlərin formalaşmalarından daha öncə əmələ gəldiklərinə işarə edir. Həmin orqanik birləşmələr kosmik şəraitdə asteroidin dərinliklərində qoruna biliblər. Kosmik radiasiya asteroidin dərinliklərinə çata bilmədiyindən orqanik birləşmələr olduqları kimi qalıblar. “Mütəxəssislər asteroidin iki müxtəlif yerindən əldə edilmiş nümunələri analiz edən zaman onlar RNT-nın inşaat bloklarından biri olan urasili və həmçinin B3 vitaminini (canlı orqanizmlərdə maddələr mübadiləsi üçün lazım olan vacib birləşmə) aşkar ediblər” - deyə məlumatda qeyd edilib. Bu yeni tədqiqat nəticələri Yer kürəsinə həyatın kosmosdan gəlmə variantının mümkünlüyünü bir qədər də möhkəmlədir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi