AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Opera brauzerinə ChatGPT dəstəyi əlavə edilib

27.03.2023 / Maraqlı məlumatlar

Hələ keçən ay məlumat verilmişdi ki, Opera brauzerinə süni zəka əsaslı ChatGPT çat-botu inteqrasiya ediləcək. İndi isə məlum olub ki, Opera-ya həqiqətən də sözügedən çat-bot əlavə edilib. Lakin Opera tərtibatçıları ChatGPT ilə yetinməyərək brauzerə həmçinin ChatSonic adlı çat-botu da inteqrasiya ediblər. Bununla yanaşı brauzerdə süni zəka əsaslı ipucular (AI Prompts) funksiyası istifadəyə verilib. Brauzerə inteqrasiya edilmiş çat-botlardan istifadə etmək üçün ilk növbədə Opera-nı yeniləmək lazımdır.

 

Yenilənmiş brauzerin yuxarı sağ hissəsindəki ayarlara daxil olub aşağı siyahıda çat-botları aktivləşdirmək olar. Onları aktivləşdirəndən sonra Opera-nn yan panelində çat-botlar üçün nəzərdə tutulmuş düymələr əks olunacaq. Lakin qeyd etmək lazımdır ki, çat-botlardan istifadə etmək üçün onların sistemlərinə daxil olmaq lazım gələcək. Çat-botları həmçinin brauzer daxilində hansısa mətni qeydə alan zaman ortaya çıxan kontekst menyu vasitəsilə də işə salmaq olar.

 

Bu üsul ilə çat-botların işə salınması halında istifadəçi qeydə aldığı mətn üzərində bir sıra əməliyyatları yerinə yetirə bilər. Məsələn istifadəçi çat-botlardan birindən qeydə alınmış mətnin sadə izahını tələb edə bilər. Bu halda yaşıl rəngdə olan sorğular ChatGPT, çəhrayı rəngdə olan sorğular isə ChatSonic tərəfindən generasiya edilir. Tərtibatçılar qeyd ediblər ki, bu, süni zəka əsaslı funksiyaların brauzerə inteqrasiyası üzrə birinci mərhələdir. İkinci mərhələdə isə onlarr GPT əsasında hazırlanmış fərdi platformanın süni zəka funksiyalarını brauzer daxilində aktivləşdirəcəklər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi