AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka insanların 4 günlük iş həftəsi qrafikinə keçid etmələrinə yardımçı ola bilər

05.04.2023 / Maraqlı məlumatlar

Generativ süni zəka sistemlərinin müxtəlif sahələrə tədricən inteqrasiya edilməsi 4 günlük iş həftəsini daha tez reallığa çevirə bilər. Insider saytı bu məsələni araşdıraraq mütəxəssislərin bu mövzuda arqumentlərini təqdim edib. Lakin 4 günlük iş həftəsinin reallaşacağına inanmayanlar da var. Bu cür şəxslərdən birinin sözlərinə əsasən amerikalılar o dərəcədə işə düşkündülər ki, onlar az işləməkdən imtina edəcəklər. Goldman Sachs şirkətinin analitiklərinin hesablamalarına əsasən amerikalı işçilərin 2/3 hissəsi süni zəka aləıtlərindən istifadə edərək daha məhsuldar ola bilərlər. Generativ süni zəka texnologiyalarının dünyadakı bütün bizneslərin ən azından yarısına inteqrasiyası dünyanın ümumi daxili məhsul göstəricisini 7% və ya növbəti 10 ildə təqribi olaraq 7 trilyon dollara yüksəldə bilər.

 

Goldman Sachs şirkətinin bu proqnozu ABŞ bazarına əsaslanır və şirkətin fikrincə yaxın zamanda amerikalı işçilərin 2/3 hissəsi süni zəkanın, onların yerinə yetirdikləri işlərin yarısını öz üzərinə götürməsi ilə qarşılaşacaq. Bu, ilk növbədə təhsil, sosial xidmət kimi sahələri və hesablamalar ilə bağlı tapşırıqları əhatə edəcək. Kolumbiya Universitetinin biznes məktəbinin professoru Oded Netzer-in fikrincə süni zəka sahəsindəki nailiyyətlər bəzi göstəricilərə görə 2005-ci ildən zəifləməyə başlamış əmək bazarı performansını sonunda yüksəldə bilərlər. Oksforddan olan iqtisadçı Carl Benedikt Frey 4 günlük iş həftəsinə qarşı arqumentlərə sahibdir. O əmindir ki, ABŞ-dakı əmək bazarı mədəniyyətinin öz spesifik özəllikləri var.

 

Onun sözlərinə əsasən ABŞ-dakı əmək bazarını əhatə edən işçilər avropalılardan fərqli olaraq daha çox və məhsuldar çalışırlar, o cümlədən fiziki əməyi yüksək qiymətləndirirlər. Frey-in sözlərinə əsasən məşhur iqtisadçı John Maynard Keynes hələ 1930-cu ildə proqnozlaşdırmışdı ki, əmək bazarı performansının kütləvi şəkildə yüksəlməsi öz növbəsində 15 saatlıq iş həftəsinin olacağına gətirib çıxaracaq. Frey-in fikrincə 4 günlük iş həftəsinin baş tutmamasının əsas səbəbi ondan ibarət olacaq ki, insanların çoxu asudə vaxta deyil, daha çox gəlir əldə etməyə üstünlük verir.

 

Həmin insanlar yüksək gəlirin əldə ediləcəyi halda daha çox çalışmağa razıdırlar. Qeyd etmək lazımdır ki, keçən il 4 günlük iş həftəsi üzrə bəzi ölkələrdə təcrübələr aparılmışdı və həmin təcrübələrin hamısı uğurla yekunlaşmışdı. ABŞ və İrlandiyadan əldə edilmiş statistik məlumatlara əsasən 4 günlük iş həftəsi təcrübəsində iştirak etmiş 33 şirkət bu ilin yanvar ayında qeyd ediblər ki, onların gəlirləri artıb, əməkdaşlarının səhhətləri ilə rifahları isə yaxşılaşıb. Frey-in fikirlərinə baxmayaraq həmin şirkət əməkdaşları 4 günlük iş həftəsini daha çox çalışmaqdan üstün tutublar.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi