Dünyanın ən böyük suda üzən günəş elektrik stansiyası tikələcək
06.04.2023 / Maraqlı məlumatlarSeyşel adaları dünyanın ən böyük duzlu suda üzən günəş elektrik stansiyasını tikəcək. Seyşel adalarının SNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Fransanın bərpa olunan enerji şirkətlərindən biri ölkənin ən böyük adası Mahenin şərq sahilindəki Providens bölgəsində duda üzən günəş elektrik stansiyası tikmək üçün işlərə başlayıb. 99 min əhalisi olan Seyşel adaları layihə ilə sıfır emissiya hədəfinə bir addım da yaxınlaşmağı hədəfləyir.
Seyşel adaları hökuməti tərəfindən dəstəklənəcək layihənin 7 ay ərzində tamamlanması planlaşdırılır. Günəş elektrik stansiyasının ətraf mühitə mənfi təsir göstərməyəcəyi bildirilir. Hazırda ölkə enerji ehtiyacının böyük hissəsini qalıq yanacaqlardan əldə edir.