AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Rusiya alimləri türk tədqiqatçıları ilə birgə zəlzələlərin proqnozu üçün yeni metod hazırlayıblar

07.04.2023 / Maraqlı məlumatlar

Rusiya Elmlər Akademiyasının Geofizika Mərkəzi və Rusiyanın Xalqlar Dostluğu Universitetinin alimlərinin türk tədqiqatçıları ilə birgə kəşf etdikləri təbii anomaliya dağıdıcı zəlzələlərin proqnozlaşdırılmasında kömək edə bilər. Bu, faktiki olaraq, güclü yeraltı təkanlar haqqında öncədən xəbər verilməsi anlamına gəlir.

Alimlər alqoritmlərin köməyi ilə Türkiyənin Şərq Anadolu seysmoaktiv bölgəsinin ərazisində on üç il ərzində toplanmış Yer səthinin hərəkət və deformasiyalarının animasiyasını qurublar. Bu şəkillərdə aydın görünür ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlər seriyasına qədər bir il əvvəl yer qabığının yerdəyişmələri uzun müddət qeyri-adi kiçiklikdə qalıb. Başqa sözlə, burada maksimal gərginlik toplanıb və nəticədə çox güclü təkanlara səbəb olub.

“Yer qabığının deformasiyalarının və hərəkət anomaliyalarının aşkara çıxarılması təhlükəli ərazilərin yerləşməsini dəqiqləşdirməyə imkan verir. Lakin yeraltı təkanların vaxtını qiymətləndirmək üçün əvvəlki güclü zəlzələlər haqqında peyk məlumatlarının böyük bazasını öyrənirik və tektonik lövhələrin yerdəyişmələrinin anomaliyalarında qanunauyğunluqları axtarırıq. Bunları müəyyən etməklə süni intellektə zəlzələnin proqnozunu verməyi öyrətmək olar”, - deyə Xalqlar Dostluğu Universitetinin əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Pyotr Dokunin bildirib.

Tədqiqatçı əlavə edib ki, GPS/QLONASS peyk sistemlərinin köməyi ilə Türkiyədə bu yaxınlarda baş vermiş zəlzələdən əvvəl həmin ərazidə yer qabığının yerdəyişməsini tədqiqa ediblər.

O, vurğulayıb ki, qabaqcadan maksimal yüksək dəqiqliklə gələcək təkanların yerini müəyyən etmək son dərəcə əhəmiyyətlidir. Bu, təhlükəli bölgələrdə qabaqlayıcı tədbirlər görməyə, binaların və tikintilərin qəza vəziyyətini qiymətləndirməyə imkan verir. Həmçinin daşına bilən elektrogeneratorları, qidalanma və içməli su ehtiyatlarını, müvəqqəti yaşayış üçün mobil şəhərcikləri və s. öncədən hazır vəziyyətdə saxlamağa şərait yaradır.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi