Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransı keçiriləcək
10.04.2023 / Mühüm xəbərlər3-4 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” beynəlxalq elmi-praktik konfransı keçiriləcək.
Konfransın bölmələri aşağıdakı kimi müəyyənləşdirilib:
- Süni intellekt, robototexnika və informasiya texnologiyaları;
- Qida sənayesində innovativ texnologiyalar;
- Tekstil və yüngül sənayedə innovativ texnologiyalar
- Dizaynda innovativ texnologiyalar;
- Maşınqayırma, nəqliyyat və logistikada innovativ texnologiyalar;
- Metal və materiallarda innovativ texnologiyalar;
- Rəqəmsal iqtisadiyyatın marketinq və menecmenti;
- Turizm sahəsində innovativ texnologiyalar və ekologiya;
- Multikultural təhsildə innovativ texnologiyalar;
- Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf.
Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:
- Konfrans materialları azərbaycan, rus və ya ingilis dillərində qəbul olunur;
- Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;
- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə).
Tezisdə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:
1. Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;
2. İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;
3. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;
4. İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir;
5. Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.
Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış tezislərə ingilis və rus dillərində, rus dilində yazılmış tezislərə azərbaycan və ingilis dillərində, ingilis dilində yazılmış tezislərə isə azərbaycan və rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir;
Konfransın redaksiya heyətinə təqdim olunan tezisin orjinallığı 85 %-dən az olmamalıdır;
Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, həmçinin yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat Komitəsi tərəfindən qəbul edilmir.
Konfrans materialları 15 aprel 2023-cü ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Konfransda iştirak ödənişsizdir.
Ünvan: Gəncə ş., AZ2011 Şah İsmayıl Xətai prospekti, 103 ,
Tel: (022) 257 00 46
E-mail: [email protected]