İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər
14.04.2023 / Mühüm xəbərlərAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın vəfatının ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər.
İSİ əməkdaşları dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.