AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google Magi adlı layihə çərçivəsində Google Search-ə süni zəka funksiyalarını əlavə edəcək

19.04.2023 / Maraqlı məlumatlar

Google şirkəti yaxın zamanda öz axtarış sistemi ilə bağlı olan layihələrinin nəticələrini təqdim etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, dünən xəbər ortaya çıxmışdı ki, Samsung öz smartfonlarında Google Search-dən imtina edərək onu Microsoft Bing ilə əvəzləməyi nəzərdən keçirir. The New York Times-ın verdiyi məlumata əsasən Google əməkdaşları bu xəbərdən şoka düşüblər və bu səbəbdən də şirkət vəziyyəti dəyişmək üçün aktiv işlərə başlayıb. Süni zəka əsaslı çat-botu əldə etdikdən sonra Bing axtarış sistemi istifadəçilərin maraqlarını özünə tərəf çəkməyi bacardı. Bəzi məlumatlara əsasən Samsung şirkətinin öz smartfonlarında Google Search əvəzinə Bing-ə keçid etməyi düşündüyü xəbərindən sonra Google şirkətinin daxilində əsl həyəcan siqnalı çalınıb.

 

Bu heç də təəccüblü deyil. Belə ki, Google Search-ün Samsung smartfonlarında standart axtarış sistemi kimi qalması sayəsində Google hər il 3 milyard dollar qazanc əldə edir. Nəticədə Bing-in süni zəka əsaslı alətləri Google şirkətinin axtarış biznesinə son 25 il ərzində ən böyük təhlükəni sərgiləyən faktordur. Məlumata əsasən bu səbəbdən də Google süni zəka əsaslı fərdi məhsullarını aktiv şəkildə hazırlamağa başlayıb. Yaxın zamanda şirkət Google Search-ün imkanlarını süni zəka əsaslı funksiyalar ilə genişləndirməyi hədəfləyib. The New York Times bildirib ki, şirkətin süni zəka əsaslı yeni funksiyaları Magi adlı layihə çərçivəsində hazırlanır. Google bu layihə barəsində ətraflı məlumatları yaxın zamanda təqdim etməlidir.

 

ChatGPT, Bing Chat, Bard və Ernie kimi texnologiyalar axtarış servislərinin funksionallıqlarını və formatlarını tamamilə dəyişə bilər. ChatGPT-nin keçən ilin sonunda istifadəyə verilməsindən sonra bir çox şirkət bu sahədə fərdi məhsullarını hazırlamağa başladı. Google şirkətinin isə bu sahədə lider mövqelərdə qalmaq istəməsi öz növbəsində süni zəkanın smartfonlarda və digər mobil cihazlarda tətbiqi prinsipini tamamilə dəyişə bilər. Samsung-un öz cihazlarında Google Search-ü Microsoft Bing ilə əvəz edəcəyi halda bu, Google şirkətinin reklam biznesinə ciddi təsir göstərə bilər.

 

Samsung-un öz cihazlarında Google Search-ü Bing ilə əvəzləmək istəməsinin arxasında yenilənmiş Bing-in istifadəyə verilməsinin dayanıb-dayanmadığı tam məlum deyil. Məlumata əsasən Android əməliyyat sisteminin ən böyük istehlakçısının Google ilə əməkdaşlığını dayandırması ehtimalı Google əməkdaşlarını şoka salıb. Məlumatda qeyd edilib ki, şirkətin Magi adlı layihəsi çərçivəsində Google Search-ə süni zəka əsaslı funksiyalar əlavə ediləcək. İlk növbədə şirkət süni zəka əsaslı funksiyaları maksimum 1 milyon istifadəçi üçün istifadəyə verməyi planlaşdırır. İlin sonuna kimi isə bu göstərici 30 milyon istifadəçi ola bilər. Söhbət, təkcə ABŞ-dan gedir.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi