
Akademik Əli Abbasovun Ramazan bayramı münasibətilə təbriki
20.04.2023 / Mühüm xəbərlər
Hörmətli həmkarlar!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi çatdırıram!
Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliy, humanizm, şəfqət və mərhəmət duyğularını nümayiş etdirir.
Bu əziz gündə Sizə və əzizlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, süfrənizə ruzi-bərəkət, elm və təhsilin inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Tanrı xalqımızı və dövlətimizi qorusun, yurdumuzda həmişə sülh və əminamanlıq olsun!
Hörmətlə,
akademik Əli Abbasov


