AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

26.04.2023 / Mühüm xəbərlər

Proseslərin modelləşdirilməsi sahəsində tanınmış alim, SSRİ ixtiraçısı, professor Məmmədkərim Ağakərim oğlu Quliyev 24 aprel 2023-cü il tarixində vəfat edib.

 

Məmmədkərim Quliyev 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olunmuş, “Avtomatik, telemexanik, elektrik ölçüsü qurğular və cihazlar” ixtisası üzrə təhsil almışdır.

 

Çoxşaxəli əmək fəaliyyəti olan tanınmış alim 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun hesablama mərkəzində (indiki İdarəetmə Sistemləri İnstitutu) çalışmağa başlamışdır. M.Quliyev 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına “Hesablama texnikası” ixtisası üzrə qəbul olmuş, Moskvaya, SSRİ Elmlər Akademiyasının “Avtomatika və telemexanika” İnstitutuna ezam edilmiş, orada professor A.A.Feldbaumun rəhbərlik etdiyi laboratoriyada tədqiqat işləri aparmışdır. O, 1965-ci ildə Moskvada qeyri-stasionar proseslərin modelləşdirilməsi ilə əlaqədar dissertasiya işini müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Daha sonra Bakıya qayıdan alim Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) əmək fəaliyyətini uğurla davam etdirmişdir. 1974-cü ildə Moskvaya ezam olunduu müddətdə bir sıra institutlarda, o cümlədən Qubkin adına Neft və Qaz İnstitutunda, SSRİ EA-nın “İdarəetmə problemləri” İnstitutunda və digər elmi müəssisələrdə tədqiqat işləri apararaq “Tor strukturlarının nəzəri məsələləri, istilik və kütlə mübadiləsinin qeyri-stasionar proseslərinin modelləşdirilməsi metodları” mövzusunda doktorluq dissertasiyasını yerinə yetirmişdir.

 

M.Quliyev proseslərin modelləşdirilməsi sahəsinə bir sıra yeni anlayışlar gətirmişdir. Onun təklif etdiyi metodlar əsasında riyazi fizikanın mürəkkəb tənliklərini həll etməyə imkan verən SİVS modelləşdirici qurğu yaradılmış və müəlliflik şəhadətnamələri alınmışdır. Görkəmli alim respublikada modelləşdirmə nəzəriyyəsi üzrə 1970-ci ildə çap edilmiş “Fiziki sahə və sistemlərin modelləşdirilməsinə dair” ilk monoqrafiyanın müəllifidir. Onun “Qeyri-stasionar proseslərin modelləşdirilməsi”, “Analoq modelləşdirmə və onun tətbiqi” monoqrafiyaları elmi nəşrlər sırasında öz layiqli yerini tutmuşdur.

 

M.Quliyev 1993-cü ildə akademik Y.Məmmədəliyev mükafatı Laureatı adına layiq görülmüşdür. 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasına “İnformasiya sistemləri, hesablama və elektron texnikası, rabitə və telekommunikasiya” ixtisası üzrə müxbir üzv seçilmiş,  1999-cu ildə professor elmi adına layiq görülmüş, 2002-ci ildə isə həqiqi üzv seçilmişdir. M.Quliyev, həmçinin 2002-ci ildə “SSRİ ixtiraçısı” nişanı ilə təltif edilmişdir.

 

Mənalı ömrünü elmin inkişafına həsr etmiş dəyərli alim Məmmədkərim Quliyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah Rəhmət eləsin!

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi