"SpaceX" telekommunikasiya peykini orbitə çıxaracaq
27.04.2023 / Maraqlı məlumatlar"Falcon Heavy" ağır dərəcəli raket Şimali və Cənubi Amerikanı yüksəksürətli internetlə təmin etmək üçün "ViaSat-3 Americas" peykini geostasionar orbitə çıxaracaq. Bu barədə "SpaceX" şirkətindən bildiriblər ki, "Falcon Heavy" raketinin 6,7 ton ağırlığında və bir avtobus böyüklüyündə olan "ViaSat-3 Americas" peyki ilə buraxılmasının Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzindəki 39A start kompleksindən həyata keçirilməsi planlaşdırılır.