AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dünyaşöhrətli alim, akademik Telman Əliyevin anadan olmasının 88 ili tamam olur

02.05.2023 / Mühüm xəbərlər

Bu gün Azərbaycanda informatikanın inkişafında müstəsna xidmətləri olan görkəmli alim, AMEA-nın müşaviri, texnika elmləri doktoru, akademik Telman Əliyevin anadan olmasının 88 ili tamam olur.

 

Telman Abbas oğlu Əliyev 2 may 1935-ci ildə Goranboy rayonunda ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilini M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) almış T.Əliyev təyinat ilə Hesablama mərkəzində (indiki AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu) texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1988-2020 illərdə isə AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

 

T.Əliyev 1966-cı ildə Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V.V.Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə “Texniki kibernetika və informasiya nəzəriyyəsi” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1985-ci ildə professor elmi adını almışdır. Görkəmli alim 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

 

Çoxşaxəli elmi fəaliyyəti olan alim 1958-1960-cı illərdə Azərbaycanda informatikanın inkişafında həlledici rolu olan “Elektron hesablama maşınları” laboratoriyasının əsas yaradıcısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur. Akademik kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir.

 

Akademik 1994-cü ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir. O, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuş, 2009-cu ildə isə “Əməkdar elm xadimi” adına, 2015-ci ildə N.Tusi adına mükafata layiq görülmüşdür və 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı ilə təltif olunmuşdur.

 

Son illərdə alimin rəhbərliyi altında Bibiheybət neft-qazçıxarma idarəsinin 300 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil “robast noise” monitorinq və idarəetmə sistemi tətbiq edilmişdir.

 

Dünyaşöhrətli alim T.Əliyev tərəfindən ümumilikdə 586 elmi əsər olmaqla, 400-ə yaxın xaricdə, o cümlədən Web of Science indeksli jurnallarda, həmçinin Springer nəşriyyatında “Robust Techology with Analysis of Interference in Signal Processing”, “Digital Noise Monitoring of Defect Origin” və “Noise Control of the Beginning and Development Dynamics of Accidents” adlı monoqrafiyaları nəşr edilmişdir. T.Əliyev ümumilikdə 30-a yaxın monoqrafiyanın və 30-u Avrasiya patenti olmaqla 109 patentin müəllifidir. Onun elmi rəhbərliyi altında 37 fəlsəfə doktorluğu və 12 elmlər doktorluğu dissertasiyaları müdafiə edilmişdir.

 

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov və kollektivi dünya elminə, o cümlədən ölkəmizdə informatika elminin inkişafına mühüm töhfələr bəxş etmiş, nəcib insani keyfiyyətlərə malik görkəmli alim, akademik Telman Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan elminin inkişafı naminə elmi və ictimai fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayır!

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi