AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ağciyər xərçəngini aşkarlayan süni intellekt modeli hazırlandı

03.05.2023 / Maraqlı məlumatlar

Həkimlər, alimlər və tədqiqatçılardan ibarət qrup ağciyər xərçəngini erkən mərhələdə dəqiq müəyyən edə bilən süni intellekt modeli yaradıb. Bu modeldən istifadə etməklə xəstəliyin diaqnozunu sürətləndirmək və xəstələrin uğurlu müalicəsi şansını artırmaq olar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 10 milyon insan xərçəngdən ölür. Ancaq əksər hallarda xəstəlik erkən mərhələdə aşkar edilərsə və xəstə vaxtında müalicə alırsa bunun qarşısı alına bilər.

 

Yeni süni intellekt modeli “Royal Marsden NHS Fondu”, London Xərçəng Araşdırmaları İnstitutu və London İmperial Kollecinin mütəxəssisləri tərəfindən hazırlanıb. Hazırlanmış model KT müayinələrində aşkar edilən anormal böyümələrin bədxassəli olub-olmadığını müəyyən edə biləcək. Bu alqoritm mövcud metodlardan daha səmərəlidir. "Ümid edirik ki, gələcəkdə bu texnologiya xəstəliyin daha erkən aşkarlanmasını təmin edəcək və yüksək riskli xəstələrin ilkin mərhələdə müalicə ala bilməsi üçün daha da inkişaf edəcək", - həkim Benjamin Hunter bildirib.

 

AI alqoritmini inkişaf etdirmək üçün böyük ağciyər nodülləri olan təxminən 500 xəstənin kompüter tomoqrafiyasından istifadə edilib. Mütəxəssislərin istifadə etdiyi üsul skan edilmiş şəkillərdən insanın görməsi üçün çətin olan vacib məlumatları çıxara bilir. Bunlarla yanaşı, süni intellekt modeli xərçəng düyünlərini dəqiq müəyyən edib-etmədiyini yoxlamaq üçün sınaqdan keçirilib. Mütəxəssislərin fikrincə, tədqiqat hələ ilkin mərhələdədir və AI səhiyyə sistemlərində tətbiq edilməzdən əvvəl daha bir neçə sınaqdan keçirilməlidir.

aqreqator.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi