İdarəetmə Sistemləri İnstitutunda ixtisas fənlərindən doktorluq imtahanlarının qəbulu keçirilmişdir
18.05.2023 / Mühüm xəbərlərAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun “Yay imtahan sessiyasının keçirilməsi haqqında” əmrinə uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunda 2023-cü ilin yay imtahan sessiyasında ixtisas fənlərindən doktorluq imtahanlarının qəbulu məqsədilə AMEA-nın müxbir üzvləri Əminağa Sadıqovun və Ağası Məlikovun sədrliyi ilə Qəbul komissiyaları yaradılmışdır.
15, 16 may 2023-cü il tarixlərinə təyin olunmuş imtahanlarda müvafiq olaraq 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasından doktorluq imtahanında 2, 1203.01 – “Kompüter elmləri” ixtisasından doktorluq imtahanında 1 iddiaçı iştirak etmişdir.
İmtahan sessiyası başa çatmışdır.