AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

22.05.2023 / Maraqlı məlumatlar

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəşin aktivliyi əvvəlki tempdə davam etmiş, 2 C sinifli və 4 M sinifli alışma baş vermişdir. 16 mayda M 9.62 (R2) sinifli alışma olmuşdur. Həmçinin son bir neçə sutka ərzində 3311 oblastında aktivlik artaraq, ardıcıl M (R2) sinif alışmalar qeydə alınmışdır. Hesabat dövrü əzrində alışmalara bağlı olaraq II tip radioemissiya və 10 sm-lik radioalışmalar (radioburst) qeydə alınmışdır. Günəşin səthində ləkələr artaraq 8 ləkə qrupu və 140 ləkə müşahidə olunur. Hesabat dövrü ərzində qismən Yerə istiqamətlənmiş bir neçə CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır. Həmçinin Tac dəliyi müşahidə olunur ki, bu da kosmik havaya öz təsirini göstərir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində normal və orta səviyyədə olsa da, 17 mayda baş vermiş Tac Kütlə Atılmaları səbəbilə 21 mayda yüksələrək 1084 pfu qeydə alınmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə 16-17 may tarixlərində bir qədər həyəcanlaşaraq 1 pfu olmuşdur, digər günlər isə fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyi 12 və 17 mayda baş vermiş Yerə istiqamətlənmiş Tac Kütlə Atılmalarının təsiri ilə sürətlənməyə başlamış və maksimal sürət 632 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin qiyməti isə 21 mayda artaraq Yer orbitində 20 nT, radial istiqamətdə isə -17 nT olmuşdur. Hal-hazırda isə planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 7.26 nT,  radial istiqamətdə isə 0.17 nT təşkil edir.

Mayın 12-si və 17-də baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə hesabat dövrü ərzində geomaqnit sahəsi aktivləşmiş, 20 maydan geomaqnit qasırğası başlamışdır. Qasırğa G2 (orta) səviyyəsinə kimi yüksəlmişdir və 24 may tarixinə kimi davam edəcəyi gözlənilir.  Hal-hazırda geomaqnit sahəsinin aktivliyi  5+ Kp-dir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (22-29 may) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3)  sinif isə 30% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin normal və orta səviyyədə olması, enerjisi 10 MeV-dən çox olan proton selinin isə yüksəlməsi gözlənilir. 22-24 may tarixində S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var.

Tac Kütlə Atılmalarının təsiri davam etdiyindən və mənfi qütblü CH HSS  (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) əlavə olunacağına görə Günəş küləyinin sürətinin yuxarı səviyyədə qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin aktiv olacağı, 24 may tarixinə kimi maqnit qasırğasının davam edəcəyi gözlənilir. Qeyd olunan tarixdən etibarən geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi