AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Jeff Bezos-un Blue Origin şirkəti astronavtların Aya eniş etmələrindən cavabdeh olacaq

23.05.2023 / Maraqlı məlumatlar

NASA astronavtları Aya çatdıracaq ikinci şirkəti seçib. “Artemis” Ay proqramı çərçivəsində üçüncü missiya zamanı astronavtların Aya eniş etmələrindən Jeff Bezos-un Blue Origin şirkəti cavabdeh olacaq. Sözügedən şirkət “Artemis V” missiyası üçün nəzərdə tutulmuş eniş sistemini inşa edəcək. Qeyd etmək lazımdır ki, “Artemis V” missiyasının 2029-cu ildə reallaşdırılması planlaşdırılır. Artıq məlumdur ki, Blue Origin şirkəti Blue Moon adlı eniş aparatı üzərində çalışır. NASA-nın Orion adlı kosmik kapsulu 4 nəfər astronavtı Ayın orbitində yerləşəcək Gateway adlı kosmik stansiyaya çatdıracaq.

 

Daha sonra 2 nəfər astronavt Blue Origin-in eniş aparatından istifadə edərək Ayın cənub qütbünə eniş edəcəklər. Missiya 1 həftə ərzində davam edəcək və bu müddət ərzində astronavtlar Ay səthində hərəkət etmək üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsindən istifadə edəcəklər və müxtəlif təcrübələr aparacaqlar. Gateway-də qalacaq digər iki nəfər astronavt isə Ay stansiyasında xidmət göstərəcəklər. NASA artıq qərarlaşdırıb ki, astronavtların Aya eniş edəcəkləri “Artemis III” və “Artemis IV” missiyalarında SpaceX-in kosmik gəmisindən istifadə ediləcək.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi