NASA Marsla bağlı daha bir yeni məlumat yaydı
30.05.2023 / Maraqlı məlumatlarMarsın qabığı Yer qabığından təxminən 70 faiz daha qalındır. Bu barədə NASA məlumat yayıb. Bildirilib ki, bunu, Marsda indiyə qədər qeydə alınan ən böyük zəlzələnin köməyi ilə astronomlar müəyyən ediblər. Alimlərin sözlərinə görə, Marsın qabığı orta hesabla 45-56 kilometr qalınlığındadır. Xatırladaq ki, bundan əvvəl Marsda vaxtilə qar olduğuna dair izlər tapılmışdı.