AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunda təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının ilkin müzakirəsi keçirilmişdir

02.06.2023 / Mühüm xəbərlər

30 may 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda 060509 – “Kompüter elmləri” və 060628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının ilkin müzakirəsi keçirilmişdir.

 

İnstitutun 7 saylı “Dinamik sistemlərin kompüter modelləşdirilməsi”, 8 saylı “Diskret optimallaşdırma modelləri və üsulları”, 15 saylı “Texniki obyektlərin və proseslərin modelləşdirilməsi”, 18 saylı “İnformasiyanın intellektual emalı sistemləri”, 20 saylı “Siqnalların tanınması və intellektual analizi üsulları” və 23 saylı “Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi” laboratoriyalarının birgə iclasında magistrantlar – Nəzifə Abdullayeva t.e.d., prof. Allahverdi Həsənovun rəhbərliyi ilə “Xarici təsirlər zamanı SMART materialların struktur xarakteristikalarının idarə edilməsi metodikasının işlənilməsi” mövzusunda, Fatimə Əsədova r.e.d., prof. Knyaz Məmmədovun rəhbərliyi ilə “Çanta və tamədədli çanta məsələlərinin az sayda məchulu olan məsələyə gətirilməsi və həlli” mövzusunda, Taciman Hüseynova t.e.d., dos. Fəhrad Paşayevin rəhbərliyi ilə “Həndəsi metodlardan istifadə etməklə neft quyularının məhsuldarlığının operativ təyin edilməsi metodlarının və alqoritmlərinin yaradılması” mövzusunda, Elmar Mustafayev r.ü.f.d., dos. Gülçin Abdullayevanın rəhbərliyi ilə “Mətnlərin müəlliflərinin tanınması üçün müxtəlif üsulların proqram təminatının işlənməsi və onların müqayisəsi” mövzusunda, Aydan Əhmədova r.ü.f.d., dos. Saqif Hüseynovun rəhbərliyi ilə “Bul proqramlaşdırması məsələsinin təqribi həlli üçün daxili və xarici nöqtələr üsulları və xətaların hesablanması” mövzusunda, Əli Qurbanov t.ü.f.d., dos. Tahir Əlizadənin rəhbərliyi ilə “Kvadrokopterin hərəkətinin riyazi modellərinin təhlili və yeni modelin işlənilməsi” mövzusunda və Atakişi Göyüşov r.ü.f.d., dos. Ədalət Paşayevin rəhbərliyi ilə “Android sistemli smartfonlarda inersial naviqasiya sisteminin işlənilməsi” mövzusunda yerinə yetirdikləri magistrlik dissertasiya işlərini təqdimatlar vasitəsilə iclas iştirakçılarının diqqətinə çatdırdılar. İclasda iştirak edən laboratoriya əməkdaşları və magistrantların elmi rəhbərləri tərəfindən hər bir iş üzrə magistrantlara suallar verildi, irad və tövsiyələr bildirildi.

 

Yekunda bütün magistrantların dissertasiya işlərinin magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın açıq iclasında müdafiəyə buraxılması haqqında qərar qəbul edildi.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi