
"AI for Good" Qlobal Sammiti keçiriləcək

6-7 iyul 2023-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində "AI for Good" Qlobal Sammiti keçiriləcək. Sammit sağlamlıq, iqlim, gender, inklüziv rifah, dayanıqlı infrastruktur və digər qlobal inkişaf prioritetləri naminə süni intellektin təşviqi üzrə Birləşmiş Millətlər Təşkilatının aparıcı praktik platformasıdır. "AI for Good" BMT-nin informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən, BMT-nin 40 əlaqəli agentliyi və İsveçrə hökuməti ilə birlikdə təşkil olunur.
"AI for Good" Qlobal Sammitinin məqsədləri aşağıdakılardır:
* Sİ-nin praktik tətbiqinin müəyyən edilməsi
* Qlobal təsir üçün miqyaslı həllər
* BMT-nin Davamlı İnkişaf Məqsədlərinə doğru irəliləyişin sürətləndirilməsi
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://aiforgood.itu.int/summit23/